Cümə, 22 Mart 2019 21:59

Qazaxıstanda anti-hökumət etirazçılarından onlarla nəfər həbs olunub

Qazaxıstanda anti-hökumət etirazçılarından onlarla nəfər həbs olunub

Qazaxıstanın polis məmurları bu ölkədə anti-hökumət etirazları zamanı onlarla anti-hökumət etirazçısını həbs ediblər.

Bu etirazlar hökumətlə müxalif siyasətçilərdən olan Muxtar Ebliyazovın təşkilatçıçılığı ilə həyata keçirilib. O, Qazaxıstanın istefa vermiş prezidenti Nursultan Nazarbayevi, qızı Dariqa Nazarbayevanı öz yerinə qoymağı planlaşdırmaqda ittiham edib.

Fransada yaşayan Muxtar Ebliyazovın himayədarlarından onlarla nəfər Qazaxıstanın ən iri şəhəri olan Almatının və bu ölkənin paytaxtı Nursultanın küçələrində aksiya keçirib.

Qazaxıstan polisi, həmçinin xüsusi təyinatlı polis qüvvələri şüar verməkdə olan etirazçılardan bir qrupunu həbs ediblər.

Qazaxıstan milli təhlükəsizlik şurasının sədri kimi hələ də bu ölkədə nəzərəçarpacaq qüdrətə malik olan Nursultan Nazarbayev prezidentlikdən istefa versə də Qazaxıstanın siyasi səhnəsindən çıxmayıbdır.

Dariqa Nazarbayeva ötən çərşənbə günü Kassum-Jomart Tokayevin yerinə, Qazaxıstan senatının sədri seçildi.

Qazaxıstan senatının sədri Kassum-Jomart Tokayev də çərşənbə günü bu ölkənin müvəqqəti prezidenti kimi and içdi.

Tokayev Nursultan Nazarbayevin icra dövrünün bitəcəyi 2020-ci ilin aprelinədək müvəqqəti prezidenti kimi işini davam etdirəcəkdir.

Qazaxıstan prezidenti 79 yaşlı Nursultan Nazarbayev təqribən otuz il hakimiyyətdə olduqdan sonra çərşənbə axşamı günü istefa verdi.

Şərh yaz


Məxfi kod
Yenilə