Çərşənbə axşamı, 19 Mart 2019 16:14

Paşinyan Əliyevlə danışıqların tarxini müzakirə edib

Paşinyan Əliyevlə danışıqların tarxini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı detal açıqlayıb.

 Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyan danışıqlarda yeni adam olduğu üçün keçmiş hakimiyyət nümayənədələri ilə məsləhətləşdiyini etiraf edib:

 “Mən sizə belə bir sirr açım. Baş nazir seçiləndən sonra xarici işlər naziri ilə birlikdə keçmiş XİN rəhbəri Edvard Nalbandyanla görüşmüşdüm. Biz ondan danışıqlar prosesinin detalları ilə bağlı məlumat istəmişdik”- deyə Paşinyan açıqlama verib.

 Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri zamanı danışıqlar prosesinin tarixi barədə söhbət etdiyini də bildirib. Ermənistanın hökumət başçısı münaqişənin həll variantlarını xarici ölkə başçıları ilə də müzakirə etdiyini söyləyib.

Şərh yaz


Məxfi kod
Yenilə