Çərşənbə axşamı, 19 Fevral 2019 22:08

Rusiyadan səs-küy yaradacaq Suriya xəbərdarlığı: ABŞ yeni dövlət qurmaq istəyir

Rusiyadan səs-küy yaradacaq Suriya xəbərdarlığı: ABŞ yeni dövlət qurmaq istəyir

Suriyanın şimal-şərqindəki vəziyyətin ABŞ-ın hərəkətləri nəticəsində getdikcə çətinləşdiyini bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın Suriyanı parçalayaraq, Fəratın şərqində dövlət qurmağı qarşısına məqsəd qoyduğunu söyləyib.

 Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, slovakiyalı həmkarı Miroslav Lajcak ilə Moskvada görüşdükdən sonra keçirilən birgə mətbuat konfransında danışan Lavrov, Suriyanın şimalındakı vəziyyətlə bağlı qiymətləndirmələr edib.

 ABŞ-ın Fəratın şərqində sözdə dövlət qurmaq istədiyini və bunun üçün hal-hazırda aktiv olaraq mənbə axtarıldığını söyləyən Lavrov, belə davam edib: “ABŞ-ın Suriyanı bölərək, Fəratın şərqində sözdə dövlət qurmaq istəyi getdikcə daha da aydın olur. Müttəfiqlərini Suriyanın bu bölgəsində infrastrukturun bərpası üçün ödənişlər etməyə məcbur etmək də daxil olmaqla, bunun üçün hal-hazırda aktiv şəkildə mənbə axtarırlar. Eyni zamanda Vaşinqton, müttəfiqlərinin Suriyanın qalan hissəsinin infrastrukturunun yenidən inşasına mənbə axtarmalarını qadağan edir.

 ABŞ terrorla mübarizə bəhanəsi altında və bu mübarizədə kürd qruplaşmalarını müttəfiq kimi seçərək, İŞİD-ə qarşı hərbi əməliyyatlara paralel olaraq, işləri Fəratın şərqində dövlət qurmaq mərhələsinə gətirib. Suriyanın şimal-şərqindəki vəziyyət sözdə dövlət qurmağı qarşısına məqsəd qoyan ABŞ-ın hərəkətləri nəticəsində getdikcə ağırlaşır”.

Media

Şərh yaz


Məxfi kod
Yenilə