Şənbə, 16 Fevral 2019 15:06

Rusiya BBC-nin Suriyada saxta çəkilişlərlə bağlı etirafından dəhşətə gəlib

Rusiya BBC-nin Suriyada saxta çəkilişlərlə bağlı etirafından dəhşətə gəlib

Moskva, "BBC"-nin, şirkət prodüserinin Duma şəhərinə qarşı kimyəvi silah hücumunun səhnələşdirilməsi haqqında etirafından sonra, yayım şirkətinin rəsmi mövqeyini dinləmək istəyir.

 "Deyerler.org"un "lenta.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda Rusiyanın XİN-nin rəsmisi Mariya Zaxarova bildirmişdir. """BBC"-nin britaniyalı prodüserinin öz araşdırmalarına söykənən, "ağ dəbilqəlilər"-in birbaşa iştirakıyla səhnələrin quraşdırılmış xarakterini təsdiqləyən məruzəsini, bu teatrın kuliminasiya nöqtəsi hesab etmək olar",- deyə Zaxarova biildirmişdir.

 2018-ciilin aprelində, Duma şəhərinə kimyəvi bombanın atılması nəticəsində çoxlu tələfatın baş verməsi haqda saxta xəbərlər yayılmışdır. Qərb buna görə Bəşər Əsədi ittiham etmişdir. Bunu sübut etmək üçün, "ağ dəbilqəlilər"-in yaralıları xilas etmə saxta çarxları səhnələşdirilərək yayılmışdır. Bundan sonra ABŞ, bunu bəhanə edərək ölkəyə kütləvi raket zərbələri endirmişdir.

 

Şərh yaz


Məxfi kod
Yenilə