Çərşənbə axşamı, 22 Yanvar 2019 15:00

Rusiya Avropa Birliyinin Skripal ilə bağlı sanksiyaları ilə mübarizə aparacaq

Rusiya Avropa Birliyinin Skripal ilə bağlı sanksiyaları ilə mübarizə aparacaq

Rusiya xarici işlər nazirliyi bildirib ki, Avropa Birliyinin sabiq rus agenti Sergey Skripalın işi ilə bağlı sanksiyaları ilə mübarizə aparacaq.

Rusiya xarici işlər nazirliyinin bəyanatında deyilir ki, sanksiyalar bir kəşfiyyat rəsmisinə və üç digər Rusiya vətəndaşına qarşı yönəlibdir.

Rusiya xarici işlər nazirliyi bildirib ki, Moskva bu ittihamları İngiltərə dövlətinin Rusiyaya qarşı "kəşfiyyat mübarizəsi" hesab edir və onu pisləyir.

London sanksiya edilmiş şəxslərin Sergey Skripalın zəhərləndirilməsində məsuliyyət daşıdıqlarını bildirir.

İngilis rəsmilərin bu iddiasını rədd edən Rusiya başçıları bundan öncə bir məlumat yayaraq bildirmişdilər ki, İngiltərə dövləti Sergey Skripalın bu ölkənin Solsberi şəhərində hücuma məruz qalması, sonra isə zəhərləndirilməsində məsuliyyət daşıyıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə