Bazar ertəsi, 21 Yanvar 2019 21:10

Kerç boğazında iki gəmidə yanğın nəticəsində 9 nəfər ölüb

Kerç boğazında iki gəmidə yanğın nəticəsində 9 nəfər ölüb

Kerç boğazı ərazisində iki gəmidə baş vermiş yanğın nəticəsində 9 nəfər ölüb, 14 nəfər yanıq xəsarəti alıb.

 “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyi məlumat yayıb.

 "14 sağ, 9 ölü (sudan çıxarılıb. – RT)", - deyə idarədən bildirilib.

***********************

 Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib.

 “Report” TASS-a istinadən xəbər verir ki, Rusiya qurumlarından verilən məlumata görə, gəmilərin birində partlayış baş verib, nəticədə başlayan yanğın o biri gəmiyə də yayılıb.

 Gəmilərdən birindəki 17 nəfərdən 9-u Türkiyə, 8-i Hindistan vərəndaşı, ikinci gəmidəki 14 nəfər arasında hər iki ölkənin 7 vətəndaşı olduğu bildirilir.

Şərh yaz


Məxfi kod
Yenilə