Bazar, 20 Yanvar 2019 13:02

"Bu layihə reallaşmasa, Rusiya Ukraynaya hücum edəcək"

"Bu layihə reallaşmasa, Rusiya Ukraynaya hücum edəcək"

Əgər “Şimal axını 2” qaz kəməri tikilməsə, Ukrayna ilə Rusiya arasında müharibə başlayacaq.

 Axar.az xəbər verir ki, bu sözləri siyasi texnoloq Dmitri Raimov deyib.

 “Əgər kəmər olmasa, biz müharibə ehtimalını müzakirə edəcəyik. Onlar axmaq deyillər. Əgər özlərinin əsas resurslarını başqa ərazidən keçirmək imkanları varsa, Ukrayna barədə unudacaqlar. Sadəcə unuducaqlar. Bizim üçün bu yaxşıdır. İqtisadi nöqteyi-nəzərdən ruslar üçün maraqlı olmayacağıq”, - Raimov bildirib.

 Ekspertin sözlərinə görə, ABŞ Ukraynanın qaz-nəqliyyat sisteminə nəzarəti ələ keçirsə, bu, Rusiya üçün strateji risklər yaradacaq:

 “ABŞ Ukrayna hökumətinə qaz təchizatına, Avropaya qaz verilməsinə və.s məsələlərə nəzarət edəcəyi halda Rusiya milyardlarla dollardan məhrum olacaq və bu zaman onlar üçün yalnız bir yol qalacaq – müharibə”.

Şərh yaz


Məxfi kod
Yenilə