Bazar, 20 Yanvar 2019 12:59

Rusiyaya qarşı şok plan

Rusiyaya qarşı şok plan

Estoniya ərazisində Sankt-Peterburqu məhv edəcək raketlər quraşdırılmalı, Baltik dənizində hərbi gəmilər yerləşdirilərək Rusiyanın ticarət donanmasına əngəl olunmalıdır.

 Axar.az xəbər verir ki, bu sözləri estoniyalı jurnalist Bahur Koorits deyib.

 Jurnalistin sözlərinə görə, hazırkı geosiyasi vəziyyətdə bu cür addımların atılması Estoniyanın Rusiyanın saxlanması üçün ehtiyat plana malik olmasına zəmin yaradacaq. Bu planın əsas mahiyyəti isə Rusiyanın hücuma keçəcəyi təqdirdə çox ağır nəticələrlə üzləşəcəyini anlamasıdır.

 “Hücum edənin qarşısının alınması üçün əsas yol hücum zamanı onun özünün məhv ediləcəyi ilə bağlı qorxu yaradılmasıdır”, - jurnalist bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə