Cümə, 18 Yanvar 2019 16:07

BMT-nin baş katibi Azərbaycan və Ermənistan XİN başçılarının Paris razılaşmasını dəstəkləyib

BMT-nin baş katibi Azərbaycan və Ermənistan XİN başçılarının Paris razılaşmasını dəstəkləyib

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında yanvarın 16-da Parisdə keçirilən görüşü müsbət qiymətləndirib.

 "Report"un məlumatına görə, bu barədə BMT-nin baş katibinin bəyanatında deyilir.

 "Baş katib uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı razılaşma və sülh yolu ilə həll edilməsi üçün tərəflərin davamlı öhdəliyini yüksək qiymətləndirir və əhalinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi barədə nazirlərin razılaşmasını alqışlayır.

 Baş katib, Birləşmiş Millətlər Təşkilatının ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bir daha vurğulayıb", - bəyanatında deyilir.

Şərh yaz


Məxfi kod
Yenilə