Cümə axşamı, 17 Yanvar 2019 10:58

Rusiya: Vaşinqton İŞİD ilə əməkdaşlıq edir

Rusiya: Vaşinqton İŞİD ilə əməkdaşlıq edir

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvanı Əfqanıstanda İŞİD ilə əməkdaşlıqda ittiham etməyə çalışdığını deyərək, bildirib: Moskva ABŞ-ın İŞİD ilə əməkdaşlıqlarına dair faktlara malikdir.

İRNA-nın məlumatına görə, Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: ABŞ-ın xüsusi xidmət orqanları Əfqanıstan və bəzi Qərb ölkələri medialarında yalan informasiyalar yaymaqla Rusiyanın Əfqanıstanla bağlı siyasətlərini qaralamağa çalışırlar. 

Rusiyanın Xarici İşlər Nazirliyi əlavə edib: Vaşinqton bu addımı ümumi fikri və beynəlxalq ictimaiyyətin diqqətini ABŞ-ın Əfqanıstandakı 17 illik məğlubiyyətindən yayındırmaq üçün edir. 

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında Amerikadan istənilir ki, Əfqanıstan xalqı və qonşuları üçün son dərəcə həssas olan məsələlərdən sui-istifadə etmək və fitnəkarlıq törətməkdən çəkinsin. Və Əfqanıstan ictimaiyyətinin xeyrinə olan ixtilafların danışıqlar və siyasi yolla həlli prosesinə dəstək versin. 

       

Şərh yaz


Məxfi kod
Yenilə