Çərşənbə axşamı, 15 Yanvar 2019 22:53

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb

ABŞ Ukrayna və Gürcüstanda hərbi bioloji laboratoriya yaradıb. Modern.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev açıqlama verib.

 Nikolay Patruşevin sözlərinə görə, ABŞ-ın dünya miqyasında belə laboratoriyalarının sayı 200-dən çoxdur: “Bəzi ölkələrin yeni nəsil bioloji silah üzərində çalışdığını təxmin edirik. Bu laboratoriyaların fəaliyyətinin sülhlə əlaqəsi yoxdur. Ən böyük narahatlıq da bu laboratoriyada insanlar üzərində eksperiment aparılmasıdır”.

Şərh yaz


Məxfi kod
Yenilə