Çərşənbə axşamı, 15 Yanvar 2019 22:52

Seyran Ohanyan Paşinyan iqtidarını hədələdi

Seyran Ohanyan Paşinyan iqtidarını hədələdi

“Bizim məhkəmə-hüquq sistemi antikonstitusion istiqamətə yönəlməməlidir”

 Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2008-ci ilin 1 mart hadisələrinə görə haqqındakı ittihamları bir daha rədd edib.

 Seyran Ohanyan özünün Feysbuk səhifəsində Paşinyan iqtidarının onun haqqında cinayət işi qaldırmaqla ölkə konstitusiyasını və əsas qanunlarını pozduğunu yazıb.

 Onun sözlərinə görə, Ermənistanın Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti direktorlarının dinlənərək mətbuata yayılan danışıqları iki hüquq mühafizə orqan rəhbərinin əlbir olmasını göstərir.

 “Konstitusiyanı pozanların Ermənistanın qurulması və müdafiəsi üçün əhəmiyyətli payı olan prezident və general-polkovniklər üzərində ədalət həyata keçriməyə haqqı varmı”,-deyə yazan erməni general 1 mart işinin artıq dalana dirəndiyini, bu səbəbdən istintaqın artıq “yaradıcı yanaşma tərzinə” keçdiyini bildirib.

 Özünü Ermənistanın dövlətçiliyi uğrunda mübariz və 3 prezidentlə bərabər ermənilərin müdafiəçisi kimi təqdim edən S.Ohanyan yaranan vəziyyətin qeyri-müəyyənliyə doğru getdiyini vurğulayaraq indiki hakimiyyətə xəbərdarlıq da edib.

 Onun fikrincə, şəxsinə qarşı həyata keçirilən qanunsuzluq ölkənin gələcək inkişafını şübhə altına qoyur.

 “Nə elan edilən dövrdə, nə də indi heç bir ittihamı qəbul etmirəm. Bizim məhkəmə-hüquq sistemi antikonstitusion istiqamətə yönəlməməlidir. Ədaləti sifarişlə və küçələrin təsiri ilə yerinə yetirməzlər”,-deyə Ohanyanın müraciətində qeyd olunub.

 Musavat.com

Şərh yaz


Məxfi kod
Yenilə