Çərşənbə axşamı, 15 Yanvar 2019 22:50

Rusiya Ukrayna əsgərlərinin həbs müddətini uzatdı

Rusiya Ukrayna əsgərlərinin həbs müddətini uzatdı

Keçən lin noyabr ayında Azov dənizində baş verən böhrandan sonra həbs olunan 24 ukraynalı hərbiçidən 4 nəfərin həbs müddəti məhkəmənin qərarı ilə 24 aprelə qədər uzadılıb.RİAN

Rusiyadakı Ukrayna səfirliyi əvvəlcə məhkəmədən 24 əsgər üçün ev həbsi istəyib.

 Noyabrın 25-i Rusiya Azov dənizində üzən Ukrayna donanmasına aid üç gəmini su sərhədlərini pozması səbəbilə müsadirə etmiş və gəmilərdəki ekipajı həbs etmişdi.

 Ukrayna bu böhrandan sonra, NATO və Aİ-dən Rusiyaya sanksiya tətbiq etməsini istəmiş, ölkədə fövqəladə vəziyyət elan etmişdi.

 Rusiya Ukraynanı təxribat etməkdə ittiham etmiş, saxlanılan hərbçilərin Rusiya qanunlarına görə mühakimə olunacağını açıqlamışdı.

 Məhkəmə bundan əvvəl 24 əsgərin yanvarın 25-nə qədər məhbus kimi mühakimə olunmalarına qərar vermişdi. Rusiya sərhədlərini pozmaqda ittiham olunan hərbçilərin cinayətləri sübut olunacağı təqdirdə, 6 ilə qədər həbs ediləcəyi gözlənilir.

Şərh yaz


Məxfi kod
Yenilə