Şənbə, 12 Yanvar 2019 18:51

Gürcüstanda donuz qripindən olənlərin sayı 15 nəfərə çatıb

Gürcüstanda donuz qripindən olənlərin sayı 15 nəfərə çatıb

Gürcüstanda donuz qripi virusuna yoluxma hallarının artması nəticəsində ölənləri sayı 15 nəfərə çatıb.

 Azərbaycan mediyalarının məlumatına görə, dbu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

O bildirib ki, mövsümi qripdən ölənlərin 5-i Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin payına düşüb.

Mərkəz direktoru qeyd edib ki, qriplə bağlı xəstəxanalara yerləşdirmə halları 616-dan 845-ə qədər, reanimasiya şöbələrində olanların sayı isə 39-dan 44-ə qədər artıb.
Gürcüstanın bəzi ali təhsil mərkəzləri də dünəndən etibarədn yanvarın 20-dək bağlanıb. 

Öncə də ölkə səviyyəsində məktəblər və uşaq baxçalarının fəaliyyətinin yanvarın 18-dək dayandırıldığı bildirilmişdi.

Hazırda Gürcüstanda 100 min sakinə 256 qripə yoluxan şəxs düşür.

Şərh yaz


Məxfi kod
Yenilə