Şənbə, 12 Yanvar 2019 18:49

ATƏT PUA-sını itirdi - Donbasda

ATƏT PUA-sını itirdi - Donbasda

Donbasda Kiyevin nəzarətindəki Popasnaya yaşayış massivində ATƏT-in pilotsuz uçuş aparatına atəş açılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

ATƏT-dən verilən açıqlamaya görə, PUA ərazidəki yollardan birində qar təmizlənməsi işlərinə nəzarət etmək üçün havaya qaldırılıb. Müşahidə zamanı şərq istiqamətindən uçuş aparatına 6 dəfə atəş açılıb.

ATƏT-ə məxsus pilotsuz uçuş aparatı hadisə zamanı hündürlüyü itirib və müşahidəçilər onu geri qaytara bilməyib.

Şərh yaz


Məxfi kod
Yenilə