Çərşənbə, 09 Yanvar 2019 23:15

Ukrayna Pravoslav Kilsəsi rəsmən Rus Pravoslav Kilsəsindən ayrıldı

Ukrayna Pravoslav Kilsəsi rəsmən Rus Pravoslav Kilsəsindən ayrıldı

Konstantinopol Patriarxı Varfolomey, Ukraynanın müstəqil kilsəsini təqdim edib.

"parstoday.com" agentliyinin verdiyi xəbərə görə, 5 yanvar tarixində o, yeni Ukrayna kilsəsi quruluşu haqqında sənədi imzalayıb. Müqəddəs Qeorqiya kilsəsində imzalanma zamanı ibadətlər olunmuşdur. İbadət zamanı kilsədə Pyotr Poroşenko, XİN-in rəhbəri Pavel Klimkin, Müdafiə Nazirliyinin rəhbəri Stepan Poltorak, eks-prezident Viktor Yuşenko və Ukrayna kilsəsinin rəhbəri Epifaniy iştirak etmişdir.

 2018-ci ildə Ukrayna, Moskva patriarxından asılı olmayan müstəqil kilsəsini qurmaq qərarına gəlmişdir.

Şərh yaz


Məxfi kod
Yenilə