Çərşənbə, 12 Dekabr 2018 18:09

Pyotr Poroşenko Kerç boğazında baş verənlərə müharibə dedi

Pyotr Poroşenko Kerç boğazında baş verənlərə müharibə dedi

Ukraynanın prezidenti Pyotr Poroşenko Kerç boğazındakı gərginliklə əlaqədar olaraq müharibənin başladığını söyləyib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Kerç boğazını keçməyə çalışarkən Rusiya tərəfindən Ukrayna gəmilərinin saxlanılması hadisəsilə bağlı Fox News-a danışan Poroşenko, Rusiya sərhəd təhlükəsizlik qüvvələrinin hərəkətlərini təcavüzkarlıq adlandırıb.

 “Cənab Putin, bu təcavüzkarlıqdır. Cənab Putin, bu müharibədir. Bu zarafat deyil, hadisə deyil, böhran deyil”, - deyə Poroşenko bildirib.

 

Şərh yaz


Məxfi kod
Yenilə