Çərşənbə, 12 Dekabr 2018 11:21

Robert Koçaryanın tərəfdarları etiraz aksiyası keçiriblər

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın tərəfdarları etiraz aksiyası keçiriblər.

"Prezidentə azadlıq" qrupunun üzvləri Yerevanın Respublika meydanına toplaşaraq, Koçaryanın azadlığa buraxılmasını tələb ediblər.

Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan dekabrın 8-də həbs olunub.

Şərh yaz


Məxfi kod
Yenilə