Çərşənbə, 12 Dekabr 2018 11:20

Rusiyanın iki atom bombardmançısı Venesuelada yerləşib

Rusiyanın iki atom bombardmançısı Venesuelada yerləşib

Rusiya ilə Amerika arasında gərginliklərin artması ilə ruslar iki atom bombardmançısını Venesuelaya göndəriblər.

Rusiya ilə Amerika arasında gərginliklərin artması ilə ruslar iki atom bombardmançısını Venesuelaya göndəriblər. 

Rusiyanın müdafiə nazirliyi bildirib ki, iki ədəd Tu-160 tipli strateji bombardmançı təyyarəsi bazar ertəsi günü, on min kilometr məsafəni keçdikdən sonra Venesuelanın paytaxtı- Karakasdan kənarda yerləşən Maykoeta hava limanında yerə oturubdur. Bununla belə, Rusiyanın müdafiə nazirliyi bu qırıcı-bombardmançı təyyarələrin xas silahlar daşıyıb-daşımadıqları barədə bir məlumat verməyibdir. Bu nazirlik bildiribdir ki, Norveçin iki ədəd F-18 qırıcısı uçuş boyu rus qırıcılarını müşayiət edibdir.

Rusiyanın müdafiə nazirliyi həmçinin bildiribdir ki, bir ədəd "Antonov-124 Ruslan" tipli ağır nəqliyyat təyyarəsi və bir ədəd İlyuşin-62 sərnişin təyyarəsi bu bombardmançılarla yanaşı, Maykoeta hava limanına eniş ediblər.

Tupolev-160, beş min beş yüz kilometrlik mənzilli adi və ya nüvə başlığına malik kruz raketlərini daşımaq qabiliyyətinə malikdir.

Bu qırıcı-bombarmançı təyyarələrin yerləşdirilməsi icazəsi Venesuela prezidenti Nikolas Maduronun ötənhəftəki Moskva səfərində verilibdir ki, Rusiyaya olan milyardlarla dollar borcunu ödəməsi üçün probelmlə üzləşən bu ölkəyə Kreml-in siyasi və iqtisadi dəstəyinə zəmanət verilmiş olsun.

Şərh yaz


Məxfi kod
Yenilə