Bazar ertəsi, 10 Dekabr 2018 21:33

Paşinyan: “Türkiyə ilə şərtsiz diplomatik münasibətlərə hazırıq”

Paşinyan: “Türkiyə ilə şərtsiz diplomatik münasibətlərə hazırıq”

Ermənistandakı erkən parlament seçkisinin qalibi “Mənim Addımım” kolaisiyasının lideri və müvəqqəti baş nazir Nikol Paşinyan, Türkiyə ilə heç bir ilkin şərt təqdim etmədən birbaşa əlaqələr qurmağa hazır olduqlarını deyib.

 Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Paşinyan keçirdiyi mətbuat konfransında belə danışıb: “Türkiyə ilə ilkin şərt olmadan birbaşa əlaqələr qurmağa hazır olduğumuzu əvvəllər bir neçə dəfə bildirmişəm. Türkiyənin də buna hazır olduğunu bilirik”.

 Ermənistanda dünən keçirilən erkən parlament seçkisində müvəqqəti baş nazir Nikol Paşinyanın partiyası səslərin 70.4 %-ni qazanıb.

Şərh yaz


Məxfi kod
Yenilə