Şənbə, 17 Noyabr 2018 21:55

Lavrov: Qərb Balkan respublikalarını Rusiya ilə qarşıdurmaya sürükləyir

Lavrov: Qərb Balkan respublikalarını Rusiya ilə qarşıdurmaya sürükləyir

Rusiyanın XİN rəhbəri qərb dövlətlərinin Balkan regionunda Rusiyaya qarşı siyasətlərini qınayıb.

Spotnikin verdiyi məlumata görə, Rusiyanın XİN rəhbəri Sergey Lavrov deyib: Qərb Balkan ölkələrini Rusiyaya qarşı cəbhədə yerləşdirməyə cəhd göstərir. 

Lavrov Rusiya və Serbiya əlaqələrinə toxunaraq deyib Rusiya prezidenti Vladimir Putinin Belqrada gözlənilən səfəri və Serbiyalı həmkarı ilə baş tutacaq müzakirələr də iki ölkə əlaqələrinin möhkəmləndirilməsinə yönəlib. 

Rusiyanın xarici işlər nazirinin dediyinə görə, Moskva ticarət, iqtisadiyyat və müştərək investisiya sahələrində Serbiya ilə əməkdaşlıq edir. 

Rusiyalı nazir deyib: Ukraynanın şərqindəki toqquşmalar da Amerika və bəzi Avropa ölkələrinin çaxnaşma yaratma cəhdləri nəticəsində şiddətləndi. 

Putinin gələn il yanvarda Serbiyaya səfəri gözlənilir. 

Serbiyanın Rusiyaya qarşı sanksiya tətbiq edən qərb ölkələrinə qoşulmaq üçün siyasi təzyiqlər altında olmasına rəğmən Rusiya ilə ənənəvi əlaqələrinə görə bu ölkəyə qarşı sanksiyalara qatılmaq, yaxud Rusiya ilə əlaqələrini xüsusiylə də hərbi və enerji sahələrində  məhdudlaşdırmaqla heç cür razılaşmır. 

Şərh yaz


Məxfi kod
Yenilə