Şənbə, 17 Noyabr 2018 16:16

Rusiya xəbərdarlıq etdi

Rusiya xəbərdarlıq etdi

Rusiya XİN sözçüsü Amerika və NATO-nun böhran yaratmaq cəhdləri barədə xəbərdarlıq edərək amerikalı hərbçilərin Rusiya ilə həmsərhəd ərazilərə köçürülməsindən xəbər verib.

İRNA-nın verdiyi məlumata görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib: NATO və Amerika get-gedə şərqə doğru irəliləyirlər və Avropanın şərqində Rusiyaya yaxın ərazilərdə hərbi təlimlər keçirirlər. 

Zaxarova həmçinin Avropa ölkələri o sıradan Polşa, Litva, İstoniya, Rumıniya, Borqarıstan, İtaliya, Britaniya və Belçikada ABŞ və Natonun hərbi bazalarından ibarət siyashı təqdim edərək deyib: Amerikan hərbçilər Rusiya ilə həmsərhəd bölgələrə köçürülürlər. 

Rusiya XİN sözçüsü deyib: Amerikanın Avropa Birliyini Nord Strim qaz kəməri ilə əlaqədar təhdid etməsi beynəlxalq meyarlara ziddir. 

Şimal axını-2(Nord istirim) qaz kəməri illik 55 milyard kub metr qazı Baltik dənizi vasitəsi ilə Almaniyaya ötürəcək və Qazprom şirkətinin Rusiya qazının indiki Ukrayna istiqamətindən ixracatı üçün alternativ təmin etmək proqramının bir hissəsidir. 

Şərh yaz


Məxfi kod
Yenilə