Cümə axşamı, 15 Noyabr 2018 21:12

Putin ABŞ-ın birtərəfli sanksiyalarını tənqid edib

Putin ABŞ-ın birtərəfli sanksiyalarını tənqid edib

Rusiya prezidenti ASEAN iclasında iştirakdan sonra Amerikanın anti-rus sanksiyalarını Rusiyanın xarici ticarətində təsirsiz adlandırıb.

Cənub-Şərqi Asiya Ölkələri Birliy-ASEAN-ın Sinqapurda keçirilən sammitində iştirak etmək üçün Sinqapura getmiş Vladimir Putin xarici ticarət qarşısında hər cür maneə və sanksiyanın tətbiq olunmasını hamının zərərinə adlandırıb və deyib ki, bu sanksiyaları tətbiq edənlər, o cümlədən Amerika da onun nəticələrindən toxunulmaz deyillər.

Putin eyni zamanda Amerikanın Rusiyaya qarşı sanksiyalarına toxunaraq, deyib: Heç bir sanksiya Moskva ilə ASEAN ölkələri arasındakı iqtisadi anlaşmaları və inkişafda olan ticarəti dayandıra bilməz.

Rusiya prezidenti həmçinin Vaşinqtonun sanksiyalarını tənqid edərək, bildiribdir ki, hər bir qeyri-konstruktiv addım onun Argentinada, G20 iclasının kənarında " ABŞ prezidenti Donald Tramp ilə görüşünün keçirilməsi üzrə proqramlaşdırmalara təsir göstərə bilər.

Rusiya 1996-cı ildən ASEAN-ın dialoq şəriklərinə qoşulubdur.

Rusiya dövləti özünün Malayziya, İndoneziya, Filippin, Sinqapur, Bruney, Myanma, Kamboca, Laos, Vyetnam və Tailanda şamil olan ASEAN üzvləri ilə ticarət əlaqələrini genişləndirmək niyyətindədir.

Şərh yaz


Məxfi kod
Yenilə