Çərşənbə, 14 Noyabr 2018 12:39

ABŞ Gürcüstanda hərbi aeroport inşa edir

ABŞ Gürcüstanda hərbi aeroport inşa edir

Report.az Gürcüstanda ABŞ tərəfindən hərbi aeroportun inşa edilməsindən xəbər verib.

ABŞ ordusunun nəqliyyat komandanı Stefan Lionesin dünən Tiflisdə Gürcüstan baş naziri Mamuka Baxtadze və müdafiə naziri Luan İzveriya ilə görüşündə Tiflisin ətrafında Vazyani bölgəsində hərbi aeroportun inşası məsələsi müzakirə edilib. 

Görüşdə bildirilib ki, bu hərbi aeroportun inşası regionda təhlükəsizliyə zəmanət verən Gürcüstana NATO hərbçilərini qəbul etmək imkanı verəcək. 

Bu görüşdə həmçinin Amerika ilə Gürcüstan arasında strateji əməkdaşlıqlar, Gürcüstanın hərbi gücünün artırılması və bəzi icra edilməkdə olan müştərək layihələr araşdırılıb. 

Şərh yaz


Məxfi kod
Yenilə