Cümə, 19 Oktyabr 2018 20:09

Serj Sarkisyanın partiyası parlament seçkilərində iştirak edəcək

Serj Sarkisyanın partiyası parlament seçkilərində iştirak edəcək

Ermənistanın keçmiş hakim Respublikaçılar Partiyası növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib. Məlumatı “Jamanak” (“Zaman”) qəzeti yayıb.

 “Respublikaçılar Partiyası parlamentdə azı 4-cü qüvvə olacaqlarına ümid edir”, - nəşr yazıb.

Qəzet partiya siyahısındakı ilk 5-lik barədə təxmini məlumat əldə edib: “Siyahıya keçmiş müdafiə naziri Vigen Sarkisyan başçılıq edəcək. Sonrakı yerlərdə keçmiş ədliyyə naziri Arpine Ovannisyan, 1998-2007-ci illərdə ədliyyə naziri işləmiş David Arutyunyan, parlament sədrinin müavini Eduard Şarmazanov və keçmiş elm və təhsil naziri Armen Aşotyan gəlir”.

Nəşr siyahıda Yerevanın keçmiş meri Taron Marqaryanın da yer alacağını ehtimal edir.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-10-da keçiriləcəyi gözlənilir. Oktyabrın sonunadək Ermənistan Prezidenti Armen Sarkisyan seçkilərin keçiriləcəyi tarixi təyin edəcək.

Şərh yaz


Məxfi kod
Yenilə