Cümə axşamı, 18 Oktyabr 2018 16:28

Sarkisyan məhkəməyə verildi

Sarkisyan məhkəməyə verildi

Ermənistan baş prokurorunun keçmiş müavini Armen Danielyan ölkənin sabiq prezidenti və baş naziri Serj Sarkisyanı məhkəməyə verib.

Report xəbər verir ki, sabiq müavin işdən azad edilməsi barədə o vaxtkı prezident Serj Sarkisyanın sərəncamını qanunsuz sayır.

O iddia edib ki, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası ilə bağlı qəbul olunan qərarlara, habelə parlamentdə bu siyasi kampaniyanın nəticələrinin təsdiqlənməsinə müxalif olub.

Baş prokurorun keçmiş müavini ölkədəki korrupsiyaya qarşı olduğunu da müraciətində vurğulayıb.

Şərh yaz


Məxfi kod
Yenilə