Cümə axşamı, 18 Oktyabr 2018 14:04

Rusiya NATO qarşısında "qırmızı xətt" çəkdi

Rusiya NATO qarşısında "qırmızı xətt" çəkdi

Lavrov: "Ukrayna Azov dənizində NATO ilə birgə hərbi təlimlər keçirmək istəyir, lakin bu, mümkün deyil"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna və NATO-nun Azov dənizində hərbi təlim keçirməsinin mümkün olmadığını bəyan edib. Bu barədə Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir.

Lavrov bildirib ki, belə bir təlimin keçirilməsi və gəmilərin gəlməsi üçün Rusiyanın razılığı olmalıdır: "NATO-nun Rusiya sərhədləri yaxınlığında fəaliyyəti təxribat xarakteri daşıyır".

"İndi Ukrayna Azov dənizində NATO ilə birgə hərbi təlimlər keçirmək istəyir. Lakin bu, mümkün deyil. Çünki, Ukrayna ilə müqaviləmizə əsasən Azov dənizinə hərbi gəmilərin daxil olması üçün hər iki tərəfin razılığı olmalıdır" — XİN başçısı vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya XİN rəhbəri NATO-nun Rusiya ilə normal əlaqələrdən yayındığını bəyan etmişdi.

Şərh yaz


Məxfi kod
Yenilə