Cümə axşamı, 18 Oktyabr 2018 13:59

Moskva Türkiyədən İdlib anlaşmasını yerinə yetirməsini istədi

Moskva Türkiyədən İdlib anlaşmasını yerinə yetirməsini istədi

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Moskvanın Suriyanın şimal-qərbində, İdlib vilayətində təhlükəsiz zonanın yaradılmasına dair Türkiyə ilə əldə edilmiş anlaşmanın icra edilməsini istədiyini bildirib.

İRNA-nın məlumatına görə, Mariya Zaxarova çərşənbə günü deyib: Rusiya Ankaranın İdlib barədə əldə olunmuş razılaşmanı icra edəcəyinə və iki ölkə başçıları arasında razılaşdırılmış məsələnin reallaşacağına ümidvardır. 

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan 17 sentyabrda Soçi şəhərində görüşərək, İdlib vilayətində təhlükəsiz zonanın yaradılmasına dair razılığa gəliblər. bu anlaşmaya əsasən, 15 oktyabra kimi Suriyanın dövlət qüvvələri ilə müxalif qüvvələr arasındakı təmas xəttinin 12-20 kilometrliyinə kimi silahsız bir ərazi yaradılmalıdır. Və Türkiyə və Rusiya hərbçiləri bu prosesə nəzarət etməlidirlər. 

Şərh yaz


Məxfi kod
Yenilə