Çərşənbə axşamı, 16 Oktyabr 2018 22:57

Rusiya nüvə sınağına qadağa qoyulmasına təkid edib

Rusiya nüvə sınağına qadağa qoyulmasına təkid edib

Rusiyanın xarici işlər naziri dünya səviyyəsində nüvə sınaqlarının qadağan edilməsinin vacibliyini vurğulayaraq nüvə sınağının yayılmasını qadağan edən müahidənin dərhal icra edilməsinə çağırıb.

İRNA-nın verdiyi məlumata görə, Rusiya XİN başçısı Sergey Lavrov bu gün nüvə sınağının yayılmasını qadağan edən müahidə təşkilatının rəhbəri  Lassina Zerbo ilə görüşündə  deyib: Moskva nüvə sınaqlarının qadağan edilməsi müahidəsini beynəlxalq təhlükəsizlik və hüquqi sistemin əsas hissəsi hesab edir. 

Görüşdə Lasina Zerbo da Rusiyaya bu müahidəyə dəstək verdiyinə və onun dünya səviyyəsində yayılmasında fəal iştirak etdiyinə görə öz təşəkkürünü bildirib. 

İki tərəf həmçinin beynəlxalq sülh və təhlükəsizliyinin möhkəmləndirilməsi üçün bu müahidənin icrasının dərhal başlanmasını vurğulayıblar. 

Rusiya SSRİ dağılandan sonra nüvə sınaqlarının qadağasına sadiq qalıb və digər ölkələr tərəfindən də bu kimi sınaqların həyata keçirilməsinin əleyhinədir. 

Şərh yaz


Məxfi kod
Yenilə