Bazar ertəsi, 15 Oktyabr 2018 16:38

Paşinyan baş nazir postundan gedir

Paşinyan baş nazir postundan gedir

Ermənistanın baş naziri Nikol Paşinyan sabah tutduğu vəzifədən istefa verəcək.

Avropa.info xəbər verir ki, Paşinyan ötən həftə bəyan etdiyi kimi, oktyabrın 16-da istefa verəcək.

O, baş nazir postundan istefa verərək, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin elan edəcək.

Növbədənkənar parlament seçkiləri isə dekabrın birinci yarısında planlaşdırılır.

Paşinyan ötən həftə xarici mediaya açıqlamasında ilkin variant kimi növbədənkənar parlament seçkilərinin dekabrın 9-10-nu təklif edib.

Şərh yaz


Məxfi kod
Yenilə