Bazar ertəsi, 15 Oktyabr 2018 16:37

Kremldən Jirinovskinin S-700 iddiasına - Cavab

Kremldən Jirinovskinin S-700 iddiasına - Cavab

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ordusunun S-600 və S-700 sistemlərinə sahib olması haqqında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin iddialarına şərh verməkdən imtina edib.

Axar.az xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında hərbi texnika haqqında heç bir informasiyaya sahib olmadığını bildirib.

Bununla belə, o, Jirinovskinin Rusiya hava hücumundan müdafiə sistemləri haqqında dediklərinə dəstək nümayiş etdirib:

 “O, tamamilə haqlıdır. Rusiya hava hücumundan müdafiə sistemləri dünyada ən yaxşısıdır. Biz bunu rəsmi şəkildə təsdiq edə bilərik”.

Qeyd edək ki, Jirinovski bundan öncə Rusiyanın S-600 və S-700 sistemlərinə malik olduğunu iddia edib

Şərh yaz


Məxfi kod
Yenilə