Şənbə, 13 Oktyabr 2018 19:47

Dağıstanda İŞİD-çilər məhv edildi

Dağıstanda İŞİD-çilər məhv edildi

Dağıstanda xüsusi əməliyyat nəticəsində terror qruplaşması ilə əlaqəli olan iki silahlı məhv edilib.

Oxu.Az xəbər verir ki, əməliyyat Xasavyurt rayonunun Endirey kəndində keçirilib.

Əməliyyat zamanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin iki xüsusi təyinatlısı və “Rosqvardiya”nın bir əməkdaşı yaralanıb.

Bildirilir ki, öldürülən İŞİD-çilər hüquq-mühafizə orqanları əməkdaşlarına hücumlarda, habelə bu il Komsomolsk kəndində iki polis əməkdaşının qətlində iştirak ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə