Şənbə, 13 Oktyabr 2018 14:01

Moskva ABŞ-ın Suriyanın şimalındakı fitnələrinə dair xəbərdarlıq etdi

Moskva ABŞ-ın Suriyanın şimalındakı fitnələrinə dair xəbərdarlıq etdi

Rusiyanın xarici işlər naziri ABŞ-ın Suriyanın şimalındakı fitnələrinin davam etməsi barədə xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Sergey Lavrov dünən amerikalıların Suriyanın şimalında müstəqil bir ölkəni xatırladacaq bufer zonası yaratmaq istədiklərini deyərək, onların Böyük Kürdüstan adı altında yeni təhlükəli oyun oynamaq istədiklərini bildirib. 

Rusiyanın xarici işlər naziri Fransada çıxan Fiqaro qəzeti ilə müsahibədə deyib: Amerika suriyanın şimalındakı kürd yaraqlıları başda olmaqla öz müttəfiqlərinin köməyi ilə bu məntəqədə psevdo-dövlət yaratmaq istəyir. 

Lavrov həmçinin deyib: Amerika öz planını həyata keçirə bilmək üçün Suriyada vəziyyətin gərgin olaraq qalmasını istəyir. 

Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə Ərəbistan, ABŞ və müttəfiqləri tərəfindən himayə olunan terrorçuların bu ölkəyə geniş hücumu ilə başlandı. 

Şərh yaz


Məxfi kod
Yenilə