Cümə axşamı, 11 Oktyabr 2018 13:59

Rusiyanın AŞ-dakı taleyi 12 gündən sonra bilinəcək

Rusiyanın AŞ-dakı taleyi 12 gündən sonra bilinəcək

Avropa Şurasıyla Qarşılıqlı Fəaliyyət üzrə Qurumlararası Komissiya 23 oktyabrda AŞPA ətrafında yaranan situasiyanı müzakirə edib, Rusiya prezidenti üçün Avropa Şurası ilə münasibətlərin bundan sonrakı inkişafı üzrə təkliflər hazırlayacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib. O, komissiyaya Rusiya Xarici İşlər naziri Sergey Lavrovun rəhbərlik etdiyini bildirib.

Kosaçev görüşün qapalı keçiriləcəyini bildirib.

Qeyd edək ki, Rusiya 2014-cü ildə AŞPA-da Ukrayna hadisələrinə görə səsvermə hüququndan məhrum edilib. 2017-ci ilin iyunundan isə təşkilata üzvlük haqqını ödəməkdən imtina edib. Avropa Şurası artıq Rusiyaya üzvlük haqqını ödəməyəcəyi təqdirdə 2019-cu ildə təşkilatdan uzaqlaşdırılacağını bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə