Çərşənbə, 10 Oktyabr 2018 16:43

İnquşetiyada gərginlik: parlament iclas keçirə bilmədi

İnquşetiyada gərginlik: parlament iclas keçirə bilmədi

İnquşetiya parlamenti Çeçenistanla imzalanan torpaq mübadiləsi haqqında razılaşmanın təsdiq edilməsi barədə parlamentdəki səsvermənin nəticələrini ləğv etmək üçün növbədənkənar iclas keçirməyə cəhd edib.

Axar.az xəbər verir ki, yetərsay olmadığı üçün iclas baş tutmayıb.

Qeyd edək ki, bundan öncə İnquşetiya ilə Çeçenistan arasında torpaq mübadiləsi haqqında müqavilə imzalanıb. Bu, İnquşetiyada kəskin etirazlara səbəb olub. Xalq küçələrə çıxıb və hökumətin istefaya getməsini tələb edib.

Şərh yaz


Məxfi kod
Yenilə