Çərşənbə, 10 Oktyabr 2018 14:19

Rusiya ABŞ-ı oğurluqda ittiham edəcək

Rusiya ABŞ-ı oğurluqda ittiham edəcək

Rusiya ABŞ tərəfindən rus silahının icazəsiz istehsalını oğurluq hesab edəcək.

Modern.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Ətraf Mühit, Texnologiya və Nüvə Nəzarəti üzrə Federal Xidmətindən (Rostex) bunun üçün lazımi icazənin alınmasının vacibliyi qeyd edilib.

Rostex bunun üçün “Rosoboronoeksport”dan icazə alınmasını lazım gəldiyini bildirib.

 “Əgər kimsə bu işlə bütün qaydalara uyğun, qanuni şəkildə məşğul olmaq istəyirsə “Rosoboronoeksport”a gəlsin və müzakirə edək. Əks halda burada rus layihəsinin qeyri-qanuni surətinin çıxarılmasıdan söhbət gedir. Sadə dillə oğurluqdan” – xidmətin bəyanatında qeyd edilib.

Qeyd edək ki, The National İnterest nəşri ABŞ-ın Rusiya istehsalı olan PKM 7,62 mm çaplı və NSV 12,7mm çaplı pulemyotlarının istehsalında maraqlı olduğunu xəbər verib.

Şərh yaz


Məxfi kod
Yenilə