Çərşənbə axşamı, 09 Oktyabr 2018 22:50

Lukaşenko: “Müharibə baş versə, hamını silahlandıracağıq”

Lukaşenko: “Müharibə baş versə, hamını silahlandıracağıq”

Belarusun prezidenti Aleksandr Lukaşenko mümkün müharibə şəraitində bütün vətəndaşlara silah paylayacaqlarını deyib.

STV-yə açıqlama verən Lukaşenko, ölkənin hücuma məruz qalması şəraitində uşaqlardan savayı hər bir vətəndaşın silahlandırıla biləcəyini qeyd edib: “Kifayət qədər silah gücünə malik olsaq, Allah qorusun! Bir müharibə vəziyyətində, hər bir ailəyə silah paylaya bilərik!”

Yalnız kənardan gələ biləcək hücumlara qarşı müdafiə məqsədli silhalara ehtiyaclarının olduğunu vurğulayan Lukaşenko, belə danışıb: “300 ilə 350 kilometr məsafəsində yüksək dəqiqliyə malik raketlərə oxşar silahlara ehtiyacımız yoxdur, onlardan da bizdə var”.

Hansı ölkənin Belarusa hücum etmək kimi bir planının olduğuna dair açıqlama verməyən Lukaşenko, narahatlıqlarının mənbəyinin Ukrayna olduğunu söyləyib.

Lukaşenko Ukrayna sərhədindən qaçaqmalçılıq yolu ilə Belarusa daxil olan qanunsuz silahların artdığını qeyd edib: "Ukrayna sərhədi üzərindən ölkəyə soxmağa çalışan qanunsuz istilaçılara qarşı hazır vəziyyətdəyik. Xeyli sayda silah ələ keçirə biləcəyimizi düşünürəm”.

Şərh yaz


Məxfi kod
Yenilə