Çərşənbə axşamı, 09 Oktyabr 2018 19:49

Ukraynada sursat anbarında partlayış

Ukraynada sursat anbarında partlayış

Ukraynada böyük bir sursat anbarında baş verən partlayış nəticəsində ətraf ərazilərdə on minlərlə sakin evakuasiya edilib.

İRNA-nın verdiyi məlumata görə, Ukrayna silahlı qüvvələri baş qərargahı bildirib : Ölkənin şimal şərqində Çernihiv vilayətinin İçnia bölgəsində silah sursatın saxlanıldığı anbar yerli vaxtla bu gün səhər saat 3 radələrində yanğına məruz qalıb. 

Ukrayna rəsmilərinin dediklərinə görə, hadisənin insan tələfatı olmasa da 150 min ton silah sursatın saxlanıldığı bu anbarda saniyədə üç partlayış baş verir və durum təhlükəlidir. 

Son illərdə də Ukraynada sursat anbarında yanğınlar baş verib sonuncusu cari il sentyabrda Lozovaya şəhərinin ətrafında baş verdi. Həmin yanğında 95 min ton sursat partladı. 

Şərh yaz


Məxfi kod
Yenilə