Çərşənbə axşamı, 09 Oktyabr 2018 16:52

Rusiya Hollandiya səfirinə nota verdi

Rusiya Hollandiya səfirinə nota verdi

Rusiyanın Xarici İşlər Nazirliyi Holandiyanın kibernetik ittihamlarına etiraz əlaməti olaraq dünən Hollandiyanın Moskvadakı səfirini çağırtdırıb.

İRİB-in verdiyi məlumata görə, Rusiyanın XİN dünən bildirib: Moskva Haaqada cərəyan edən yayındırıcı məlumatlar kanmaniyasına etiraz əlaməti olaraq Hollandiyanın səfirinə nota verib. 

Hollandiya ötən cüməaxşamı 4 Rusiya vətəndaşını kimyəvi silahları qadağan edən təşkilata kibernetik hücum üçün planda əli olmaq ittihamı ilə bu ölkədən qovub. 

Hollandiya rəsmiləri bildiriblər ki, Rusiyanın təhlükəsizlik agentləri Apreldə sözü gedən təşkilatın Haaqadakı binasının kompüterlərini hak etməyə cəhd göstəriblər. 

Kimyəvi silahları qadağan edən təşkilat son aylarda Rusiyanın Britaniyadakı keçmiş casusu Sergey Skripalın zəhərlənməsi işi üzərində araşdırma ilə məşğul imiş. 

Amerika da eyni zamanda bildirib ki, haker hücumları ittihamı olə 7 Rusiya vətəndaşını cinayət işinə cəlb edib. 

Şərh yaz


Məxfi kod
Yenilə