Bazar, 23 Sentyabr 2018 14:01

Ukraynada Poroşenko dövrü başa çatır: Cəmi 5 faiz

Ukraynada Poroşenko dövrü başa çatır: Cəmi 5 faiz

Ukrayna vətəndaşlarının yalnız 5 faizi hazırki dövlət başçısı Pyotr Poroşenkonun yenidən prezident seçilməsini dəstəkləyib.

Bu barədə Ukraynanın “NyusVan” telekanalının keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğuda ümumilikdə 35 min nəfər iştirak edib. Bunlardan 95 faizi Poroşenkonun yenidən seçilməsinə müsbət yanaşmadığı halda, cəmi 5 faiz hazırki prezidenti növbəti müddətə də öz postunda görmək istədiyini bildirib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2019-cu ilin martında keçiriləcək. Sosioloqların sözlərinə görə, hazırda sorğular nəticəsində prezident postuna ən real namizəd kimi Yuliya Timoşenkonun adı hallanır.

Şərh yaz


Məxfi kod
Yenilə