Bazar, 23 Sentyabr 2018 14:00

ABŞ sanksiyaları: Milyardlar Moskvaya qayıdır

ABŞ sanksiyaları: Milyardlar Moskvaya qayıdır

ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar rusiyalı iş adamlarını öz aktivlərini təcili şəkildə yerli banklara köçürməyə məcbur edir.

Bu barədə “Blumberq” yazıb.

Məlumata görə, bu proses milyarderlər Oleq Deripaska və Viktor Vekselberqin sərt sanksiyalardan qısa zaman ərzində milyardlarla dollar itirməsindən sonra başlayıb.

 “Bu hadisə göstərdi ki, beynəlxalq biznes bir anın içində diz çökdürülə bilər. Bu, sözün əsl mənasında bir çox maqnatların gözünü açdı”, - “BCS Global Markets”in eksperti Vyaçeslav Smolyanin deyib.

Nəşrə görə, hazırda Rusiyaya qayıdan vəsaitlərin həcmini təyin etmək çox çətindir. Belə ki, bir qədər əvvəl “Sberbank” korporativ depozitlərin həcminin yanvar-avqust periodunda 98 milyard dollara çatdığını açıqlayıb. Bu isə kapitalın geri qayıtması anlamına gəlib.

Bir çox rus milyarderlər ticarət hesablaşmalarında dollardan imtina edərək, daha əlverişli valyuta axtarışına başlayıb.

Şərh yaz


Məxfi kod
Yenilə