Cümə, 21 Sentyabr 2018 21:51

Moskva Rusiya təyyarəsinin vurulmasına dair İsrailin iddiasını rədd etdi

Moskva Rusiya təyyarəsinin vurulmasına dair İsrailin iddiasını rədd etdi

Rusiyanın Müdafiə Nazirliyi İsrail rejiminin Rusiya təyyarəsinin Suriya səmasında vurulmasına dair yeni iddiasını rədd edib.

İRİB-nin verdiyi məlumata görə, İsrail rejimi Rusiyanın İL-20 hərbi təyyarəsinin vurulmasının səbəbini Suriyanın hava hücumundan müdafiə sisteminin dost və düşmən təyyarələrini ayırd edəcək sistemə malik olmaması adlandırıb. Rusiyanın Müdafiə Nazirliyi isə bu iddianı rədd edib.

Bu nazirlik bildirib: Bu sözlər hərbi ekspertlərin S-200 raket müdafiə sistemi haqda dedikləri ilə üst-üstə düşmür və bu müdafiə sistem Rusiya yox, Suriya təyyarələrini digər təyyarələrdən ayırd etməyə hesablanıb.

18 sentyabrda İsrail qırıcılarının Suriyanın Həmimim hava bazasına olan hücumu zamanı suriyanın hava hücumundan müdafiə sistemi işə düşərək, düşmən təyyarəyə atəş açmağa başlayıb. Bu zaman atışma zonasında olan Rusiyanın İL-20 hərbi təyyarəsi hədəfə alınaraq, məhv edilib.

Rusiyanın Müdafiə Nazirliyi bu hadisəyə görə Təl-Əvivin məsuliyyət daşıdığını bildirərək, İsrailin bu məsuliyyətsiz və düşmən hərəkətinin cavabsız saxlanılmamasını Moskvanın haqqı adlandırıb.

Şərh yaz


Məxfi kod
Yenilə