Bu səhifəni yazdır
Cümə, 21 Sentyabr 2018 19:12

Rusiya ABŞ-a xəbərdarlıq etdi

Rusiya ABŞ-a xəbərdarlıq etdi

Rusiya xarici işlər nazirinin müavini ABŞ-ın yeni sanksiyalarına reaksiya olaraq Vaşinqtonun bu rəftarını dünyada sülh və sabitliyə qarşı təhdid adlandırıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov cümə günü bir bəyanat yayaraq, bildirib: ABŞ-ın son sanksiyaları xüsusilə Çinin Müdafiə Nazirliyinə bağlı qurumun adının Rusiyadan silah aldığı üçün Vaşinqton tərəfindən qara siyahıya salınmasını dünyanın sabitliyi üçün təhdid adlandırıb.

Ryabkov əlavə edib: İstənilən  yeni sanksiya paketinin Rusiya ilə düşmən olanların bu ölkəyə təzyiq göstərmək üçün öncəki addımların yetərsiz olduğundan xəbər verir. Buna görə də ABŞ-ın qara siyahısı hər gün daha da böyüyür.

ABŞ cümə axşamı Çinin Müdafiə Nazirliyinin Ordu Təchizatlarının İnkişafı Departamentinin adını Rusiyadan S-35 qırıcı təyyarəsi və S-400 raket müdafiə sistemi almasına görə qara siyahıya daxil etdi.

ABŞ həmçinin hərbi və kəşfiyyat sahəsində fəaliyyət göstərən 33 həqiqi və hüquqi şəxsin adını CAATSA qanunu çərçivəsində qara siyahıya daxil edib.

Rusiyanın Hərbi Kəşfiyyat İdarəsinin rəisi İqor Korobov və müavini CAATSA qanun əsasında sanksiyalara məruz qalan şəxslərdirlər.

Bu siyahıda ümumilikdə Rusiyadan 72 həqiqi və hüquqi şəxsin adına rast gəlmək mümkündür.

CAATSA qanunu 2017-ci ildə Rusiya, İran və Şimali Koreyaya daha artıq sanksiyalar tətbiq etmək üçün qəbul edilib.

Şərh yaz


Məxfi kod
Yenilə