Çərşənbə, 19 Sentyabr 2018 20:17

Rusiya İsveçrə və Hollandiya səfirlərinə etiraz notası verib

Rusiya İsveçrə və Hollandiya səfirlərinə etiraz notası verib

Rusiya Xarici İşlər Nazirliyi İsveçrə və Hollandiyan;n Moskvadakı səfirlərini rus diplomatların bu ölkələrdə casusluqla məşğul olmalarına dair iddia barədə izahat vermələri üçün çağırtdırıb.

Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya XİN İsveçrənin Moskvadakı səfiri Yves Rosieri və Hollandiyanın səfiri Rene Con Bosu çağırtdırıb. 

Bu səfirlərin XİN-ə çağırılmalarının səbəbi rus diplomatların həmin ölkələrdə casusluqla məşğul olmalarına dair iddia barədə izahat almaq olub. 

İsveçrədə çıxan Taks Anziger iddia edib ki, paytaxt Bernin yaxınlığında yerləşən lobaratoriyada casusluq əməliyyatlarına cəhd göstərilib. Həmin lobaratoriya Britaniyadakı sabiq rus casus Segey Skripalın zəhərlənməsi barədə araşdırmalarla məşğul olub. 

Bu hesabatda bildirilir ki, 2 rus vətəndaş da Hollandiyada bir nüvə, kimyəvi və bioloji araşdırma lobaratoriyasında casusluq ittihamı ilə Rusiyaya qaytarılıb. 

Qəzetin iddiasına görə, bu casusluq əməliyyatları İsveçrə, Hollandiya və Britaniyanın müştərək əməliyyatında müəyyənləşdirilib. 

Rusiyanın Sergey Skripal olayında sübut olunmamış  müdaxiləsi iddiası son aylarda Moskva ilə qərb arasındakı əlaqələrdə gərginliklərə səbəb olub. 

Rusiya bu ölkəyə qarşı sanksiya siyasətini pisləyərək Amerika və AB-yə qarşı əks tədbirlər həyata keçirib. 

Moskva isə bu macərada hərhansı rolunun olmasını rədd edir və bildirib ki, həqiqətin üzə çıxması üçün Britaniya dövləti ilə əməkdaşlıq etməyə hazırdır. 

London bu barədə iddialarını sübut edən faktlar təqdim etməyib. 

Şərh yaz


Məxfi kod
Yenilə