Çərşənbə axşamı, 21 Avqust 2018 21:07

Putin Qurban bayramı ilə təbrik etdi

Putin Qurban bayramı ilə təbrik etdi

Rusiya prezidenti Qurban bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin öz müraciətində Qurban bayramını sevgi, ədalət, rəhmət, paklıq bayramı adlandırıb. Belə ki, başqaları və qonşularla dostluq və səmimilik baxışını əks etdirir.

Putin bildirib: Qurban bayramı başqaları ilə etika fəzilətləri və səmimiliyin inkişaf etməsi üçün möhkəm əsası bəyan edir.

Rusiya prezidenti əlavə edib: İslam dininin real dəyərlərinə önəm verməklə, bu dəyərlər müxtəlif dini mənsubiyyətlər, müxtəlif mədəniyyətlər arasında münasibətlərin güclənməsi, insanlar arasında birliyin yaranmasına gətirib çıxarır. Buna görə, Rusiyada dərin tarixi kökləri olan bu dəyərləri qorumaq lazımdır.

İslam Rusiyada ikinci böyük dindir. Bu ölkənin 144 milyonluq əhalisinin 25 milyondan çoxunu müsəlmanlar təşkil edir.

Şərh yaz


Məxfi kod
Yenilə