Şənbə, 18 Avqust 2018 10:04

Rusiya: Nüvə yanacağının ikinci hissəsi İrana göndərilməyə hazırdır

Rusiya: Nüvə yanacağının ikinci hissəsi İrana göndərilməyə hazırdır

Rusiyanın Xarici İşlər Nazirliyi cümə günü gecə bildirib ki, Moskva nüvə anlaşmasına sadiqdir və Rusiya bu beynəlxalq anlaşma çərçivəsində bütün öhdəliklərini yerinə yetirəcək. Bu nazirlik qeyd edibidir ki, ikinci nüvə yanacağı partiyası İrana göndərilməyə hazırdır.

Rusiyanın Xarici İşlər Nazirliyi bu bəyanatda vurğulayıb ki, Rusiya və İranın Fordo-da yerləşən uran zənginləşdirilməsi üzrə sabiq mərkəzdəki iki sentrifuqa kompleksində dəyişikliklər və izotoplar istehsalı üzrə birgə layihəsi uğurla icra olunur. O, qeyd edib ki, bu izotoplardan sənaye və müalicə istehlakları üçün istifadə olunacaqdır.

Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanatında Tehran tədqiqat reaktorunda istifadə üçün 20 faizlik uran ilə zənginləşdirilmiş nüvə yanacağının saxlanılmasına toxunularaq deyilir: Bu nüvə yanacağının beş kiloqramdan aşağı yüklərlə İrana qayıtması iranlı tərəfin xahişi ilə və MAQATE-nin nüvə anlaşmasında bu məqsəd üçün nəzərdə tutulmuş şəraitin yarandığını təsdiq etməsindən sonra həyata keçir.

Şərh yaz


Məxfi kod
Yenilə