Şənbə, 21 iyul 2018 16:23

Putin Ukrayna və Gürcüstanın NATO-ya qoşulmasına cavab vəd etdi

Putin Ukrayna və Gürcüstanın NATO-ya qoşulmasına cavab vəd etdi

Rusiya prezidenti Vladimir Putin Ukraynanı və ya Gürcüstanı NATO-nun tərkibinə daxıl etmək istəyən siyasətçiləri görüşə çağırıb.

"Deyerler.org"un "lenta.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, Putin bu haqda belə bildirib: “Rusiya üçün birbaşa təhlükə kəsb edən belə bir aqressiv addımlara qarşı uyğun olaraq münasibət göstərəcəyik. Ukraynanı və ya Gürcüstanı ittifaqın hərbi məkanına daxil etmək istəyərək, məsələni gərginlik istiqamətində inkişaf etdirmək istəyən həmkarlarımız yaxşı olardı ki, belə bir məsuliyyətsiz siyasətin sonluğu haqda düşünsünlər”.

Ölkə başçısının sözlərinə görə, Avropada təhlükəsizliyin əsasını əməkdaşlğın inkişafı və bir-birinə inam təşkil edir. Rusiya sərhədlərində ittifaqın hərbi bazalarının yerləşdirilməsi, qarşılıqlı inam münasibətlərinin bərpasını təmin etmir.

Şərh yaz


Məxfi kod
Yenilə