Cümə, 20 iyul 2018 14:03

Rusiya: “Ölkələr Amerika ilə mübarizədə lazımi iradəyə malik deyillər”

Rusiya: “Ölkələr Amerika ilə mübarizədə lazımi iradəyə malik deyillər”

Rusiyanın OPEK-dəki nümayəndəsi Mixayil Olyanov Yaponiya firmalarının İrandan neft idxalını dayandırmasının məyusedici olduğunu bildirərək, bütün ölkələrin Amerika ilə mübarizə aparmaq üçün lazım olan iradəyə malik olmadıqlarını deyib.İRNA

Mixayil Olyanov açıqlamasında bunları deyib: “Yaponiyanın İrandan neft alışını dayandırmasını Amerikanın hədələrindən sonra baş verdiyini düşünürük, çünki Amerika digər ölkələri İran ilə əməkdaşlıq etməməsi üçün təhdid edir. Amerika həmin ölkələri və beynəlxalq təşkilatları İran ilə əməkdaşlıq etdiklərinə görə, iqtisadi sanksiyalarla təhdid edir və təəssüf ki, bütün ölkələr Amerikaya qarşı çıxacaq siyasi iradəyə malik deyillər”.

 

Şərh yaz


Məxfi kod
Yenilə