Cümə axşamı, 19 iyul 2018 20:20

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”

Rusiya prezidenti Vladimir Putin Ukrayna, yaxud Gürcüstanı NATO-ya üzv etmək istəyən ölkələrə xəbərdarlıq edib.

 Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, bu barədə rusiyalı səfir və daimi nümayəndələrlə görüş zamanı deyib.

 “Ukrayna, yaxud Gürcüstanı NATO-nun hərbi orbitinə salmaq istəyən həmkarlarımıza bu məsuliyyətsiz addımın nəticələrini xatırlatmaq istərdim”.

Putin ölkəsinin NATO-nun genişlənməsinə adekvat reaksiya verəcəyini də bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə