Şənbə, 14 iyul 2018 18:03

Lavrov Putin-Tramp görüşündən gözlənilən ideal nəticəni açıqladı

Lavrov Putin-Tramp görüşündən gözlənilən ideal nəticəni açıqladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 16-sı Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək Putin-Tramp sammitinin ideal nəticəsinin mühüm məsələlərdəki rabitə kanallarının yenidən işə düşməsinin olacağını deyib.

Russia Today-da (RT) Larri Kinqin qonağı olan Lavrov, Rusiyanın prezidenti Vladimir Putin və ABŞ-ın prezidenti Donald Trampın bazar ertəsi günü keçirəcəyi ilk əhatəli görüşün ideal nəticəsinə dair fikirlərini bölüşüb.

 “Sammitin ideal nəticəsi, münaqişə baş verən məsələlərlə bağlı bütün kommunikasiya kanallarını işə salmaq məsələsində razılaşmanı təmin etmək, bu məsələlərdə ortaq nöqtəyə gəlib gəlməyəcəyimizi anlamaq və strateji sabitlik üçün həllində əməkdaşlıq edə biləcəyimiz problemləri müəyyən etməyə nail olmaq olacaq”, - deyə Lavrov bildirib.

Terror, enerji, narkotik tranziti, kiber təhlükəsizlik və regional böhranlar kimi, məsələlərdə uzun illər ərzində Moskva və Vaşinqton arasında mövcud olan rabitə kanallarının təxirə salınmış vəziyyətdə olduğunu xatırladan Lavrov, rusiyalı və amerikalı rəsmilərin yalnız arada bir fikir mübadiləsi apardığını vurğulayıb. 

Şərh yaz


Məxfi kod
Yenilə